Azərbaycanda keçiriləcək dünya kubokunda iştirak edəcək ölkələr məlum olub

Bakıda təşkil olunacaq aerobika gimnastikası üzrə dünya kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna təmsilçiləri mübarizə aparacaqlar.

Dünya kuboku iyunun 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button