
Millinin baş məşqçisi ilə yeni müqavilə
Şotlandiya millisinin baş məşqçi Stiv Klarkla ilə müqavilənin müddəti uzadılıb.
Komanda.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub.
“Stiv Klarkın bu yaydan sonra da komandada qalacağını təsdiqləməkdən məmnunuq. O, Şotlandiya millisinin tarixində ən uğurlu baş məşqçidir” – deyə federasiyanın açıqlamasında bildirilib.
Qeyd edək ki, Stiv Klark 2019-cu ildən Şotlandiya millisinə rəhbərlik edir.
Şotlandiya millisi 2026-cı il dünya çempionatında C qrupunda Braziliya, Mərakeş və Haiti yığmaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



