
Azərbaycan Premyer Liqasının cari mövsümündə 500-cü qol qeydə alınıb
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb.
Komanda.az xəbər verir ki, yubiley 33-cü turun “Sumqayıt” – “Qarabağ” görüşünə (3:4) təsadüf edib.
Rüstəm Əhmədzadənin vurduğu top mövsümdə 500-cü olub. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.
Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2004/2005 mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.
2004/2005 mövsümündə 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



