Sabiq futbolçu Alleqri ilə İbrahimoviçin arasını vurub?

İtaliyalı sabiq futbolçu Antonio Kassano, “Milan”ın baş məşqçisi Massimiliano Alleqri və klub rəhbərliyində məsləhətçi kimi çalışan Zlatan İbrahimoviç arasında gərginlik barədə son günlər mediada yayılan iddialara münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl mediada Kassanonun İbrahimoviçlə yaxın münasibətinin Alleqri ilə fikir ayrılığı yaratdığı iddiası irəli sürülüb. Lakin sabiq hücumçu bu xəbərlərin şişirdildiyini deyib:

“Zlatanla danışmaq istəyəndə bir-birimizə zəng edirik və Alleqrinin bununla heç bir əlaqəsi yoxdur. Onu ümumiyyətlə müzakirə etmirik. İbrahimoviç hansısa fikirə sahibdirsə, bunu birbaşa özünə deyə bilər. Bu, həmişə onun xarakteri olub”.

Kassano tez-tez mətbuatda tənqidi fikirləri ilə gündəmə gəlir. O, 2017-ci ildə peşəkar futbolçu karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button