Mahir Emrelinin keçmiş baş məşqçisi “Latsio”ya qayıda bilər

Miroslav Kloze gələcəkdə “Latsio”ya baş məşqçi kimi qayıda bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, hazırda komandanı çalışdıran Mauritsio Sarri yaxın zamanda vəzifəsindən ayrılacağı təqdirdə, Roma təmsilçisinin əsas namizədlərindən biri məhz Kloze olacaq.

Rəhbərliyin italiyalı çalışdırıcının cari mövsümdəki işindən narazı qaldığı bildirilir. Sarri 2025-ci ilin yayında “Latsio”ya qayıdaraq, klubla müddəti 2 il olan müqavilə imzalamışdı.

“Latsio” İtaliya A Seriyasında 37 oyundan sonra topladığı 51 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Miroslav Kloze hazırda bir vaxtlar Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”də çalışır. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Komanda mövsümü turnir cədvəlinin 8-ci pilləsində başa vurub.

Almaniyalı mütəxəssis futbolçu karyerası ərzində 2011-2016-cı illərdə “Latsio”nun formasını geyinib.

Bundan əvvəl isə Sarrinin “Atalanta”da Raffaele Palladinonu əvəzləyə biləcəyi barədə xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button