“Sumqayıt”ın futbolçusu Zirədə zədələndi

Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Zirə” – “Sumqayıt” qarşılaşması qonaq komanda üçün itki ilə yadda qalıb.

Komanda.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Kənan Feyziyev zədələnərək sıradan çıxıb.

Oyunu davam etdirə bilməyən futbolçu meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb. Onu Aleksandr Ramalinqom əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button