
ÇL: “Arsenal” “Atletiko” ilə matça ciddi itkilərlə çıxacaq
“Arsenal” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Atletiko” ilə qarşılaşmaya hazırlıqları davam etdirir.
Mikel Artetanın rəhbərlik etdiyi London təmsilçisi İspaniya komandası ilə sabah evdə üz-üzə gələcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
Komanda.az “Football London”-a istinadən xəbər verir ki, “topçular”ın son məşqində iki vacib futbolçu – Kay Haverts və Martin Odeqard iştirak etməyib. Böyük ehtimalla, hər iki oyunçu qarşıdakı matçı da buraxacaq.
Daha əvvəl Arteta onların oyuna qədər bərpa olunacağına ümid etdiyini bildirmişdi. Bununla yanaşı, yarımmüdafiəçi Mikel Merinonun mövsümün sonuna qədər zədəli olacağı gözlənilir. Müdafiəçi Yurrian Timber də bu qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Bizi Facebook-da izləyin



