
Xulian Alvares Barselonada ev axtarır
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını “Barselona”da davam etdirə bilər.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 24 yaşlı forvard nümayəndələrini Barselona şəhərinə göndərərək özünə yaşayış evi axtarmağa başlayıb. Bu isə onun Kataloniya klubuna mümkün transferinin ciddi mərhələyə keçdiyini göstərir.
Daha əvvəl də “Barselona”nın Alvaresə maraq göstərdiyi barədə xəbərlər yayılmışdı. Transferin bu yay reallaşması ehtimal olunur.
Argentinalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. O, cari mövsümdə 47 oyunda iştirak edib, 19 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



