Dumfris “İnter”in təklifinə cavab verməyib

“İnter”in müdafiəçisi Denzel Dumfris yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasından bir neçə klub maraqlanır.

“İnter” artıq niderlandlı oyunçuya illik təxminən 5 milyon avro maaşla yeni müqavilə təklif edib, ancaq Dumfris hələlik cavab verməyib. Klub rəhbərliyi vəziyyətdən narahatdır, çünki futbolçunun müqaviləsində cəmi 25 milyon avro dəyərində sərbəstqalma maddəsi mövcuddur. Bildirilir ki, hazırda “Mançester Yunayted” və “Aston Villa” onun transferini həyata keçirməyə hazır klublar arasındadır.

Dumfris cari mövsümdə bütün turnirlərdə 24 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button