“Tottenhem” – ingilislərin üz qarası

İngiltərənin “Tottenhem” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Bavariya”ya 2:7 hesabı ilə məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu, İngiltərə klublarının avrokuboklardakı ən böyük ev məğlubiyyəti olaraq tarixə keçib. Bundan başqa, London klubu ilk dəfə öz meydanında 7 qol buraxıb.

“Tottenhem” 1 xalla B qrupunun sonuncusudur. “Bavariya” isə qrup mərhələsində keçirdiyi 2 oyundan sonra 6 xal toplayaraq, turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button