
“Şamaxı”nın futbolçusu 2 oyunluq diskvalifikasiya edildi
AFFA İntizam Komitəsi “Şamaxı”nın futbolçusu Dioqo Balaunu iki oyunluq diskvalifikasiya edib.
Komanda.az xəbər verir ki, buna yarımmüdafiəçinin Misli Premyer Liqasının 26-cı turunda keçirilən “Zirə” – “Şamaxı” oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
Həmçinin, buna görə bölgə təmsilçisi1 000 manat cərimə edilib.
Turun “Araz-Naxçıvan” – “Sabah” oyununda ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.
Oyundan sonra naxçıvanlıların baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Mütəxəssis bir oyunluq cəza alıb, klub isə əlavə olaraq 2 500 manat ziyana düşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



