
“Bütün Çempionlar Liqası kuboklarını bir dünya çempionatına dəyişərdim”
“Real”ın sabiq sol cinah müdafiəçisi Marselo, milli komanda ilə kubok qazanmağın onun üçün klub səviyyəsindəki çoxsaylı uğurlarından daha dəyərli olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı sabiq futbolçu bunu deyib:
“Bu, çətin sualdır. Amma düzünü desəm, bəli, bütün Çempionlar Liqası kuboklarını bir dünya çempionatına dəyişərdim”.
Marselo 2007-ci ildən 2022-ci ilə qədər “Real”da oynayıb. Sabiq müdafiəçi bu müddət ərzində Madrid klubu ilə 5 dəfə Çempionlar Liqası, 6 dəfə İspaniya La Liqası çempionluğu yaşayıb. 37 yaşlı Marselo 2025-ci ilin fevral ayında futbolçu karyerasını bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



