“Kroosa görə səkkiz nömrəli formanı götürmək istəmirdim”

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde forma nömrəsinin əhəmiyyətindən danışıb. Səkkiz nömrəli forma əvvəllər almaniyalı yarımmüdafiəçi Toni Kroosa məxsus idi.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu əvvəlcə həmin nömrəni götürmək istəmədiyini bildirib:

“Həyat yoldaşımla səkkiz nömrəli formanı geyinmək istəmədiyim barədə danışdım. Bu da əsasən nömrənin əvvəlki sahibi Toni Kroosa hörmətimdən irəli gəlirdi. Bu, mənim ixtiyarımda olsaydı, istərdim ki, Toni onu geyinən sonuncu şəxs olsun.

Həyat yoldaşım inandırıcı şəkildə bu nömrəli formanı geyinməli, buna layiq olduğumu iddia etdi. Kroos xeyir-dua verəndə, əlbəttə ki, özümü daha sakit hiss etdim və özümə dedim ki, bu mənim anımdır, məşqə bu nömrə ilə gedəndə hər gün bundan həzz almalıyam. Əlbəttə ki, əvvəlcə çətin idi, amma buna dəyərdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button