Ponomaryovun qələbə şərhi
“Sabah”ın baş məşqçi əvəzi İqor Ponomaryov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:0 qələbə ilə bağlı bunları söyləyib:
“Hazırlıq proqramımız üzərində işləyirdik ki, istədiyimiz nəticəni əldə edək. Futbolçularımız bu oyuna yaxşı köklənmişdilər. Həftəboyu funksional hazırlıqla yanaşı, psixoloji hazırlıq üzərində də işlədik. Çətin qarşılaşma oldu. “Səbail” yaxşı təşkilatlanmış komandadı.
Futbolçular planlaşdırdığımız, məşq etdiyimiz kimi oyunda da öz üzərlərinə düşəni yerinə yetirməyə çalışdılar. İlk hissədə komanda bir qədər əsəbi təsir bağışlayırdı. İkinci hissədə isə futbolçular özlərinə gəldilər və bizə ilk qələbəni gətirən qolları vura bildirlər”.
Bizi Facebook-da izləyin