“Mbappe ilə Yamal ən yaxşılardır” – Sabiq futbolçu

Fransa millisinin və “Çelsi”nin sabiq hücumçusu Nikolya Anelka, “Barselona”nın vingeri Lamin Yamal barədə yüksək fikirlər səsləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, Yamalın çox bacarıqlı və istedadlı olduğunu deyib:

“Yamal çox yaxşı və istedadlı oyunçudur. O, ən texnikalı futbolçulardan biridir. Qollar vurur, məhsuldar ötürmələr verir. Həmişə meydanda nəsə yaradır. Belə oyunçular çox azdır. Əvvəllər belə oyunçular çox idi, amma indi yox”.

Sabiq hücumçu, həmçinin, ispaniyalı oyunçunun Avropanın və dünyanın ən böyük istedadlarından biri olduğunu vurğulayıb:

“Hesab edirəm ki, Kilian Mbappe (Fransa millisinin və “Real”ın hücumçusu) ilə birlikdə onlar hər ikisi ən yaxşılardır. Xüsusilə, Fransa və İspaniya baxımından. Qarşıdakı dünya çempionatında Yamal İspaniyanı, Mbappe isə Fransanı təmsil edəcək. Biz böyük bir mübarizə gözləyirik. Artıq bu, “Barselona” və “Real” arasında böyük bir mübarizədir… Və uzun müddət davam edəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button