Qurban Qurbanov: “Bu gün futbolçularda yorğunluq hiss etdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın 6-cı turunda “Sumqayıt”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov 2:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

  • Ağır qrafikdəyik. Hər oyuna maksimum motivasiya ilə çıxmaq çətindi. Həm fiziki, həm də psixoloji yorğunluq olur. Futbolçular meydana qalib gəlmək üçün çıxır. Bu gün onlarda yorğunluq hiss etdim. Bunu normal qəbul edirəm. Çox diqqətli olmalıyıq. Zədəli futbolçuların olması bəzi problemlərə gətirib çıxara bilir. Bütün futbolçuları lazım olan səviyyəyə gətirməliyik.
  • Mahir Emreli tam sağalıbmı?
  • 15-20 dəqiqə oynaya bilər. Tam hazır deyil, ideal formasından uzaqdı.
  • Rəşad Sadıqov “Düdelanj”la oyunda əsas heyətdə olacaqmı?
  • Dünən hərarəti var idi. Onun da formasını bərpa edəcəyini düşünürəm.
  • “Qarabağ” “Düdelanj” səfərinə qələbə üçün gedəcək?
  • Hər turnirdə yaxşı nəticə əldə etməyə çalışırıq. Əvvəlcə komandanı həm fiziki, həm də psixoloji hazırlamaq lazımdı. Qalib gəlmək istəyirik. Onların ilk oyunda APOEL-i məğlub etmələri bizi daha çox düşünməyə vadar edir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button