Klub prezidenti Vitinyanın “Real”a satılmasına qarşıdır

PSJ-nin yarımmüdafiəçisi Vitinya Paris klubunda qalacaq, çünki rəhbərlik onu “Real”a satmaq niyyətində deyil.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, “kral klubu”ndan hansı təklif gəlməsindən asılı olmayaraq, Vitinyanın Madridə keçid ehtimalı azdır.

PSJ-nin prezidenti Nasser Əl-Xələfi əsas oyunçularından birinin “Real”a getməsinin həm idman baxımından, həm də mənəvi olaraq geriyə atılmış bir addım kimi qəbul ediləcəyinə inanır.

Portuqaliya millisinin üzvü bu mövsüm PSJ-də 36 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib . Onun Paris klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir və transfer dəyəri 110 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button