
Kazemironun iki “elçi”si var
Braziliyalı yarımmüdafiəçi Kazemiro mövsümün sonunda “Mançester Yunayted”i tərk etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir, 33 yaşlı futbolçunu heyətinə qatmaq istəyən iki əsas namizəd var. Bunlar Braziliyanın “San-Paulo” və ABŞ təmsilçisi “İnter Mayami” klublarıdır.
MLS komandasında hazırda argentinalı hücumçu Lionel Messi çıxış edir.
Kazemiro ilə “qırmızı şeytanlar” arasında olan müqavilənin müddəti yayda başa çatacaq. O, cari mövsümdə 25 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



