
“Yuventus” argentinalı futbolçu üçün danışıq aparıb
“Yuventus” “Bornmut”un müdafiəçisi Markos Senesi ilə transfer məsələsini həll etməyə çalışır. 28 yaşlı futbolçu klubu ilə müqaviləsinin müddətini uzatmamağa qərar verib və mövsümün sonunda sərbəst agent statusu qazanacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun nümayəndələri ötən günlərdə argentinalı müdafiəçinin agentləri ilə görüşərək potensial transferin şərtlərini müzakirə ediblər.
“Yuventus” Senesiyə illik 3 milyon avro olmaqla dörd illik müqavilə təklif etməyə hazırdır. Transfer prosesini “Barselona”, “Atletiko”, “Mançester Yunayted” və İngiltərənin bir neçə digər klubu da diqqətlə izləyir.
Hətta Dortmund “Borussiya”sı Senesiyə “Yuventus”dan daha sərfəli təklif irəli sürüb, ancaq futbolçu hələ razılıq verməyib.
Bizi Facebook-da izləyin



