PSJ 75 milyon avro ödəməyə hazırdır – Kamerunlu futbolçu üçün

“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba PSJ-nin maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı futbolçu üçün 70–75 milyon avro ayırmağa hazırdır.

“Mançester Yunayted”, “Çelsi”, “Tottenhem” və “Nyukasl” kimi klublar da Balebanı transfer etmək üçün mübarizədədir.

“Mançester Yunayted” ötən yay Balebanı almağa cəhd etsə də, tələb olunan 100 milyon avro məbləği ödəməkdən imtina etmişdi. Kamerunlu futbolçunun cari mövsümdəki zəif çıxışına görə qiyməti azalıb. Belə ki, o, keçirdiyi 24 oyunda məhsuldar göstərici ilə yadda qalmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button