Şahrudin Məhəmmədəliyevə borcu olan klubun daha 12 xalı silindi

Türkiyənin “Adana Dəmirspor” komandasının daha 12 xalı silinib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

FİFA İntizam Komitəsi iki ayrı işə görə bu qərarı verib.

1-ci Liqada çıxış edən “Adana Dəmirspor”un daha əvvəl də xalları silinib. Komanda hazırda -40 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Cəzanın kəsilməsinə başlıca səbəb “Adana Dəmirspor” klubunun futbolçulara və ya başqa şəxslərə ödəmə borcları ilə əlaqədar problemlər yaşanmasıdır. Məsələn, klub hələ də keçmiş oyunçusu – hazırda “Qarabağ”da oynayan Şahrudin Məhəmmədəliyevə, eləcə də digər bir neçə futbolçuya olan borcunu tam ödəməyib və bu məsələyə görə FİFA-ya müraciət olunub.

Klubun Şahrudinə 700 min dollar borcu olduğu bildirilir.

Şahrudin Məhəmmədliyev 2023/24 mövsümündə “Adana Dəmirspor”da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button