ESPN “Qarabağ”ın Çempionlar Liqasındakı pley-off şansını dəyərləndirdi

ESPN nəşri UEFA Çempionlar Liqasının 8-ci turunun oyunlarından əvvəl “Qarabağ”, “Qalatasaray” və “Borussiya”nın (Dortmund) pley-off mərhələsinə vəsiqə qazanmaq şanslarını qiymətləndirib.

Komanda.az xəbər verir ki, tanınmış nəşr Ağdam təmsilçisinin növbəti mərhələyə adlamaq şansları barədə bunları yazıb:

“Bu komandaların hamısı texniki cəhətdən 1/8 finala birbaşa vəsiqə qazanmaq şansına malikdir. Lakin onların əsas diqqəti (xüsusən də, “Qalatasaray” və “Qarabağ”) çox güman ki, turnir cədvəlində özlərindən aşağıda olan komandalara yönələcək. “Borussiya”nın pley-offa vəsiqə qazanması üçün qələbə və ya heç-heçə etməsi kifayətdir. “Qalatasaray” və “Qarabağ” isə müvafiq olaraq ən yüksək səviyyəli rəqibləri – “Mançester Siti” və “Liverpul”u məğlub etməlidirlər. Pley-off mərhələsindən yayınmaq üçün bir sıra əlverişsiz nəticələrin kombinasiyası lazımdır. Ağır məğlubiyyət… Bu, onları final fiti yaxınlaşdıqca digər matçların nəticələrini əsəbi şəkildə izləməyə vadar edə bilər”.

“Liverpul” – “Qarabağ” oyunu sabah keçiriləcək və matça saat 00:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button