Premyer Liqada 20-yə çatan 11-ci braziliyalı

Ramon Maçado Premyer Liqada 20-ci qolunu vurub.

Komanda.az xəbər verir ki, “Araz-Naxçıvan”ın futbolçusu Misli Premyer Liqasının 17-ci turunun “İmişli” ilə səfər matçında (2:2) fərqlənib.

35 yaşlı hücumçu 93-cü oyununda 20-yə çatıb. Premyer Liqada 2021/22 mövsümündə debüt edən Maçado “Neftçi”də 5, “Qəbələ”də 8, “Araz-Naxçıvan”da 7 dəfə rəqib qapısına yol tapıb.

O, Premyer Liqa tarixinə 20 və daha çox qol vuran 11-ci braziliyalı kimi düşüb. Bu siyahıya isə Reynaldo Silva başçılıq edir – 44 qol.

Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.

  1. Reynaldo Silva – 44
  2. Junivan Suares – 40
  3. Junior Nildo – 37
  4. Flavinyo – 31
  5. Rafael Utziq – 26
  6. Dodo – 23
  7. Olavio Juninyo – 23
  8. Kadi Borges – 23
  9. Mario Souza – 22
  10. Felipe Santos – 21
  11. Ramon Maçado – 20
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button