Polşa klubundan “Qarabağ”ın qapıçısına təklif

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski daha bir təklif alıb.

Komanda.az xəbər verir ki, polşalı qolkiper bu dəfə ölkəsinin klubunun diqqət mərkəzinə düşüb. Bu barədə “goal.pl” saytı məlumat yayıb.

“Vidzev” Koxalskini transfer etmək istəyir. Lodz təmsilçisi 25 yaşlı futbolçuya yay aylarında da maraq göstərib. Həmin vaxt keçid baş tutmayıb. Qeyd olunur ki, həmin dövrlə müqayisədə Mateuşun qiyməti xeyli artıb. Amma bu amil transferin baş tutma ehtimalını ortadan qaldırmır.

Koxalski 2024-cü ilin yayından “Qarabağ”da çıxış edir. Daha əvvəl Polşa millisinin üzvü ilə “Borussiya” (Dortmund), “Napoli” və “Benfika”nın maraqlandığı barədə xəbər yayılmışdı. Futbolçunun Ağdam klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin 30 iyun tarixinə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button