Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi
Hollandiya millisinin sabiq üvzü Fernando Riksen bu gün vəfat edib.
Komanda.az xəbər verir ki, amiotrofik sklerozdan (mərkəzi sinir sisteminin iflici) əziyyət çəkən sağ cinah müdafiəçisi 43 yaşında dünyasını dəyişib.
Fernando 2013-cü ildən sağalmaz xəstəliklə mübarizə aparırdı.
Riksen Hollandiyanın “Fartuna”, “AZ Alkmaar”, Şotlandiyanın “Reyncers” və Rusiyanın “Zenit” klublarında çıxış edib. O, Hollandiya yığmasında 12 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin