
Flik: “Rafinya meydanda olanda komanda daha intensiv və aqressiv oynayır”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın vingeri Rafinya Diasın oyun modelindəki vacib rolunu vurğulayıb.
Braziliyalı futbolçu La Liqanın 15-ci turunda “Atletiko” ilə qarşılaşmada (3:1) qol vuraraq, matçın qəhrəmanlarından biri olub. O, noyabrın sonunda iki aylıq zədədən sonra meydana qayıdıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, 28 yaşlı futbolçunun komandaya təsirini yüksək qiymətləndirib:
“Rafinya meydanda olanda komanda daha intensiv və aqressiv oynayır. O, hər kəsə təsir edir və bizə inanılmaz dərəcədə vacib töhfə verir”.
Rafinya bu mövsüm iştirak etdiyi 11 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



