Vinisius məşqə gecikdi

Braziliyalı futbolçu Vinisius Junior bu gün “Real”ın məşqinə gecikib.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, cinah oyunçusu klubun məşq meydançasına 5 dəqiqə gec gəlib. Yayımlanan görüntülərdə braziliyalı vingerin sərnişin oturacağında olduğu avtomobilin Valdebebasa tərəf getdiyi görünür.

“Real” dünən La Liqanın 14-cü turunda səfərdə “Jirona” ilə 1:1 hesablı heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button