
“Vinisius bizim üçün çox önəmlidir”
“Real”ın baş məşqçisi Xabi Alonso “Elçe” ilə 2:2 hesabı ilə başa çatan oyunda Vinisius Juniorun start heyətdə yer almamasının səbəbini izah edib.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu qərarın əvvəlcədən Vinisiusla müzakirə edildiyini bildirib:
“Biz hər şeyi oyun öncəsi danışdıq. Vinisius rolunu anlayır və ehtiyatdan daxil olsa belə, komandaya fayda verəcəyini bilir. O, bizim üçün çox önəmlidir”.
Braziliyalı hücumçu meydana 57-ci dəqiqədə, Rodriqonu əvəzləyərək daxil olub.
“Real”ın qollarını Din Höysen (78-ci dəqiqə) və Çud Bellingem (87-ci dəqiqə) vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



