
“Çelsi”nin qapıçısı narazıdır
“Çelsi”nin qapıçısı Filip Yorgensen qış transfer pəncərəsində komandadan ayrılmağı ciddi şəkildə nəzərdən keçirir.
23 yaşlı qolkiper oyun praktikasının azlığından narazıdır. O, cari mövsümdə cəmi dörd dəfə meydana çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu yanvarda London klubunu tərk etməyə hazırdır. Ancaq onun taleyi “Çelsi” rəhbərliyinin qərarından asılı olacaq.
“Çelsi” 2024-cü ilin yayında Yorgenseni “Vilyarreal”dan 24,5 milyon avroya transfer etmişdi. Hazırda isə “transfermarkt” onun dəyərini 18 milyon avro olaraq qiymətləndirir. Komandanın əsas qapıçısı isə ispaniyalı Robert Sançesdir.
“Çelsi” noyabrın 5-də, UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
Bizi Facebook-da izləyin



