
Flik onu “Barselona”da görmək istəyir
“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi hələ də “Barselona”nın transfer siyahısında yer alır.
Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, Kataloniya klubu ingiltərəli futbolçunun durumunu yaxından izləyir.
Buna baxmayaraq, Quehini transfer etməkdə əsas favorit hələ də “Liverpul” hesab olunur.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik də 25 yaşlı müdafiəçini 2026-cı il üçün prioritet transfer hədəfi kimi qiymətləndirir.
Quehi cari mövsümdə bütün turnirlərdə 18 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə mövcud müqaviləsinin müddəti gələn yay başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



