
Spalettinin “Yuventus” rəhbərliyindən istəyi
“Yuventus”un baş məşqçisi Luçano Spaletti qış transfer pəncərəsi zamanı heyəti gücləndirməyə ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qoca sinyora”nın yeni baş məşqçisi kreativ müdafiəçi və yarımmüdafiəçi istəyir. Bu, onun klub rəhbərliyindən əsas istəklərindən biridir. Klub rəhbərliyinin Spalettinin istəyini təmin etmək üçün hər cür səy göstərəcəyi gözlənilir.
Spaletti, uğursuz nəticələrdən sonra istefaya göndərilən İqor Tudoru əvəz edib. “Yuventus” hazırda A Seriyasının turnir cədvəlində 6-cı yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



