Ayxan Abbasov: “Bu üç xal bizim üçün vacib idi”

“Şamaxı” Azərbaycan Premyer Liqasının 11-ci turunda doğma meydanda “İmişli”yə 1:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Azarkeşlərimizə təşəkkür edirəm. Evdə onları sevindirmək istəyirdik, bu gün qismət oldu. Çətin oyun idi. “İmişli” bu mövsüm hər kəsi təəccübləndirir. Birinci Liqadan Premyer Liqaya çıxıb hər rəqibə müqavimət göstərmək, xal qazanmaq çempionatı daha da çətinləşdirir. Onlara uğurlar arzulayıram. Bu üç xal bizim üçün vacib idi. Həm turnir cədvəlində yerimizi möhkəmləndirdi, həm də rəqibdən bir xal irəli keçdik. Birinci dövrə bitdi. 13 xal “Şamaxı” üçün yaxşıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button