
Vinisius Alonsonu məyus edib
“Real”ın baş məşqçisi Xabi Alonso dünən “Valensiya” ilə oyunda hücumçu Vinisius Juniorun penaltidən yararlana bilməməsinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Həmin an məni məyus etdi, hesabı 3:0 edə bilərdik. Komandanın daimi penalti yerinə yetirən oyunçusu var – Kilian Mbappe. Amma oyun zamanı kimin penalti yerinə yetirəcəyinə oyunçuların özləri qərar verə bilərlər”.
Oyun “Santyaqo Bernabeu” stadionunda baş tutub və Madrid klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mbappe həmin oyunda iki qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



