“Real”dan Vinisiusa ultimatum

“Real”ın vingeri Vinisius Juniorun gələcəyi İspaniya futbolunun ən çox müzakirə olunan mövzularından biri olaraq qalır.

Braziliyalı futbolçu “Barselona” ilə qarşılaşmada (2:1) 72-ci dəqiqədə əvəzlənərkən baş məşqçi Xabi Alonsonun qərarına əsəbi reaksiya göstərib və bu davranış “kral klubu”nun rəhbərliyini ciddi şəkildə məyus edib.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Real” rəhbərliyi Vinisiusa açıq şəkildə ultimatum verib: O, yaxın vaxtlarda yeni müqavilə imzalamasa, oyun müddəti ciddi şəkildə azaldıla bilər.

Klub rəhbərliyi həmçinin, 2026-cı ildə Vinisiusu satmaq variantını nəzərdən keçirir. Tərəflər razılığa gəlməsə, onun 2027-ci ildə azad agent kimi komandadan ayrılması ehtimalı da istisna edilmir.

“Real” artıq Vinisiusa xəbərdarlıq edib. Rəhbərlik meydandakı qəzəbli reaksiyanın təkrarlanmasına dözməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button