Ən çox izlənilən klublar – “Barselona” birinci, “Liverpul”…
Son mövsümdə avrokuboklarda oyunları ən çox azarkeş tərəfindən izlənilən klublar bəlli olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, siyahının ilk pilləsində “Barselona”dır. Kataloniya təmsilçisinin oyunlarını mövsüm ərzində 1,44 milyon azarkeş izləyib. “Barselona” son mövsümdə Çempionlar Liqasının yarımfinalında “Liverpul”a uduzaraq (ilk oyun 3:0, cavab oyunu 0:4), turnirlə vidalaşıb.
İkinci sırada “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar”ın oyunlarını 1,42 milyon azarkeş izləyib.
3-cü pillədə isə 1,37 milyon izləyici ilə Dortmund “Borussiya”sıdır.
4-cü yerdə 1,28 milyonla “Bavariya”, 5-ci yerdə isə 1,15 milyon izləyici ilə “Real”dır. Ötən mövsüm Çempionlar Liqasının qalibi olan “Liverpul” isə ilk 5-liyə düşə bilməyib.
Bizi Facebook-da izləyin