
ÇL: “Qarabağ” bu gün “Atletik”lə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İspaniyada “Atletik”lə üz-üzə gələcək.
Oyun “San Mames” stadionunda, saat 20:45-də start götürəcək. Matçın baş hakimi xorvatiyalı İqor Payaç olacaq.
“Qarabağ” hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki oyunda uduzan Bilbao komandası isə 35-cı sıradadır.
Azərbaycan çempionu liqa mərhələsinin ilk turunda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib. “Köhlən atlar” 2-ci turda Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəlib – 2:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


