
Azərbaycan klubu yeni oyunçunun transferini açıqlayıb
Azərbaycanın Yüksək Liqa təmsilçisi “Xilasedici” klubu yeni voleybolçunun transferini açıqlayıb.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
Klub Yusif Bünyatovla anlaşıb. 21 yaşlı hücumçu ilə müqavilənin müddəti 2025/2026 mövsümünü əhatə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



