
“Sərhədçi” “Ordu” ilə bacarmadı
Azərbaycan Basketbol Liqasında 3-cü turun daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Ordu” “Sərhədçi” ilə üz-üzə gəlib.
Görüş “hərbçilər”in qələbəsi ilə bitib – 85:73.
Günün ilk duelində isə “Naxçıvan” “Lənkəran”ı 91:82 hesabı ilə üstələyib.
Tura oktyabrın 19-da yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



