Pedri bu göstəricidə hamını qabaqlayır

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son altı ayda rəqib meydanında ən effektiv ötürmələr edən futbolçuların siyahısını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqə “Barselona”nın yarımmüdafiəçisi Pedri başçılıq edir.

22 yaşlı ispaniyalı futbolçu 100 xal toplayaraq birinci pillədə qərarlaşıb və rəqib meydanında ən effektiv məhsuldar ötürmə verən oyunçu olub.

İlk beşlikdə aşağıdakı futbolçular yer alıb:

1. Pedri (“Barselona”) – 100

2. Vitinya (PSJ) – 96,8

3. Coşua Kimmix (“Bayern”) – 95,8

4. Frenki de Yonq (“Barselona”) – 95,2

5. Əşrəf Hakimi (PSJ) – 94,8

Federiko Valverde (“Real”), Fabian Ruis (PSJ), Konrad Laymer (“Bayern”), Luka Modriç (“Milan”) və Aleksandar Pavloviç (“Bayern”) ilk onluğu tamamlayıblar.

CIES-in bu araşdırması futbolçuların ötürmələrinin keyfiyyəti və uğurlu tamamlanma faizi əsasında aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button