
Prezidentlər ABŞ-da keçiriləcək oyunla bağlı iclasa qatılmaqdan imtina ediblər
La Liqa, “Barselona” və “Vilyarreal” rəsmiləri ABŞ-da keçiriləcək oyunla bağlı təşkil olunan iclasa qatılmayıblar.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
La Liqanın 17-ci turunda baş tutacaq “Barselona” – “Vilyarreal” qarşılaşmasının Mayamidəki “Hard Rock Stadium”da keçirilməsi planlaşdırılır.
“Barselona”nın prezidenti Xuan Laporta, “Vilyarreal”ın rəhbəri Fernando Roç və La Liqanın prezidenti Xavyer Tebas iclasa gəlməkdən imtina ediblər. Onlar görüşün oyunçuların məşq və oyun vaxtına təsadüf etməsini səbəb göstəriblər və hesab edirlər ki, bu, kapitanların prosesdə iştirakını çətinləşdirir.
Komandaların kapitanları isə La Liqa ilə imzalanan razılaşma çərçivəsində öz hüquqlarının necə qorunacağı, gəlirlərin necə bölüşdürüləcəyi və bu tip oyunların nə qədər tez-tez keçiriləcəyi barədə aydın məlumat almaq istəyirlər.
Bizi Facebook-da izləyin



