Azərbaycan millisi ilə matçda zədələnən Mbappe haqda rəsmi açıqlama

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə oyunda zədə alıb. Futbolçuya ayaq biləyindən zədə diaqnozu qoyulub.

Komanda.az xəbər verir ki, Fransa Futbol Federasiyası Mbappe ilə bağlı açıqlama yayıb. Mətbuat xidməti “Real”ın hücumçusunun oktyabrın 13-nə planlaşdırılan İslandiya ilə oyun üçün milli komanda ilə getməyəcəyini açıqlayıb. O, zədəsini müalicə edəcəyi Madridə qayıdacaq.

Fransa millisi öz meydanında Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button