
Laportadan “Kamp Nou” açıqlaması: “Stadion artıq hazırdır”
“Barselona”nın prezidenti Xuan Laporta komandanın “Kamp Nou” stadionuna nə vaxt qayıdacağı haqda danışıb. Daha əvvəl bildirilirdi ki, “Barsa” yenilənmiş arenaya 45 min yerlik tutumu doldurmaq üçün icazə aldıqdan sonra qayıdacaq.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, klub prezidenti hər şeyin şəhər rəhbərliyindən asılı olduğunu deyib:
“Hər şey meriyadan asılıdır, biz bütün lazımi tələbləri yerinə yetiririk. Proses gedir, lakin matçın harada keçiriləcəyinə qərar vermək üçün son dəqiqəyə qədər gözləyə bilmərik. Biz görülməli olan hər şeyi düzəldirik: stadion artıq hazırdır”.
Bir neçə gün əvvəl “Barselona” “Jirona” ilə oktyabrın 18-də ev oyununu “Olimpiya” stadionunda keçirəcəklərini açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



