
“Çempionlar Liqasını qazana bilməsəm belə, karyeramı natamam saymayacam”
“Barselona”nın qapıçısı Voyçex Şesnı klubu ilə əsas hədəfinin UEFA Çempionlar Liqasını qazanmaq olduğunu bildirib.
Komanda.az xəbər verir ki, polşalı qolkiper İspaniya mətbuatına açıqlamasında fikirlərini belə ifadə edib:
“Mən “Barselona”nın oyunçusuyam və mövsümə Çempionlar Liqasını qazanmağı düşünmədən başlaya bilmərəm. Bu, təbii bir istəkdir. Amma bu turniri qazana bilməsəm belə, karyeramı natamam saymayacam”.
Şesnı 2024-cü ildən “Barselona”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



