
“San Siro” söküləcək
“Milan” və “İnter”in doğma stadionu olan “San Siro”nun sökülmək ehtimalı yüksəkdir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan Şəhər Şurası daha əvvəl ev oyunlarını orada keçirən hər iki kluba stadionun satılması barədə təklif edib, lakin onlar bundan imtina edib və onun yerində 2032-ci il Avropa çempionatı üçün yeni stadion tikmək qərarına gəliblər.
Milan şəhərinin rəhbərliyi daha əvvəl yeni stadion tikməyi düşünüb. Bu, baş verərsə, klublar yeni stadionu bölüşəcəklər.
“Milan” 5 matçdan sonra 12 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “İnter” 3 xal geridə qalır, beşinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



