
Flik: “Ferminin zədəsi ilə bağlı dəqiq məlumatım yoxdur”
“Barselona”nın baş məşqçisi Hans-Diter Fliq “Xetafe” ilə oyunda zədələnən yarımmüdafiəçi Fermin Lopes barədə danışıb.
22 yaşlı futbolçu ikinci hissədə meydana daxil olub və görüşü sona qədər davam etdirib. Ancaq oyun ərzində aldığı zədənin ciddi ola biləcəyi ehtimal olunur.
Komanda.az “BarcaTimes”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Ferminin zədəsi ilə bağlı dəqiq məlumatının olmadığını bildirib:
“Ferminin zədəsi ilə bağlı dəqiq məlumatım yoxdur. Bunun üçün tibbi müayinənin nəticələrini gözləməliyik. Bu gün hamı üçün çətin oldu. İndi istirahətə ehtiyacımız var”.
“Barselona” “Xetafe” üzərində 3:0 hesablı qələbə qazanıb. Qollara Ferran Torres (dubl) və Dani Olmo imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



