“İmişli”nin tarixində ilk

“İmişli” Premyer Liqada ilk böyükhesablı qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, bu, 5-ci turun “Karvan-Yevlax”la matçına təsadüf edib.

Jorj Kaşkilyanın yetirmələri səfərdə üç cavabsız qol vurublar. İmişlinin eyniadlı klubu yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb. İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.

“Karvan-Yevlax” ikinci böyükhesablı məğlubiyyətini alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button