
Flik: “Reşfordu fantastik futbolçu hesab edirəm”
“Barselona” UEFA Çempionlar Liqasının ilk turunda səfərdə “Nyukasl”ı 2:1 hesabı ilə məğlub edib. Kataloniyalıların hər iki qolunu Markus Reşford vurub.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik ingiltərəli hücumçunun çıxışını yüksək qiymətləndirib:
“Onu fantastik futbolçu hesab edirəm. Bacarıqları inanılmazdır, məhsuldarlığı isə sadəcə heyrətamizdir. İlk hissədə də fürsətlər yaratmağa çalışırdı, sadəcə dəqiqlik çatmırdı. Amma ikinci hissədə hər şey dəyişdi. Hücumçu üçün qol vurmaq həmişə vacibdir. Mən çox şadam. O, bizim üçün çox önəmli oyunçudur. Mövsüm öncəsi komanda üçün kimlərin lazım olduğunu müzakirə edəndə, belə bir futbolçuya ehtiyacımız olduğunu hiss edirdik. O, əsl istedaddır”.
Reşford cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barselona” ÇL-in növbəti turunda, oktyabrın 1-də PSJ-ni qəbul edəcək.
Bizi Facebook-da izləyin



