
Qasımov ruslara “Qarabağ”ın uğurundan danışdı
Azərbaycan millisinin, “Spartak”ın və “Dinamo”nun sabiq futbolçusu Vəli Qasımov “Qarabağ”ın Çempionlar Liqasındakı uğurunu şərh edib. “Köhlən atlar” ümumi mərhələnin ilk turunda səfərdə “Benfika”ya 3:2 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, Rusiyanın “Çempionat” nəşrinə açıqlamasında Qasımov etiraf edib ki, “Qarabağ”dan belə oyun və qələbə gözləyənlər az olub:
“Aydındır ki, “Qarabağ” işləyir və böyüyür. Bu, düzgün yolda olan komandanın əməyidir”.
Qurban Qurbanovun komandası Çempionlar Liqasının növbəti turunda, oktyabrın 1-də Danimarka “Kopenhagen”ini qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


