“Barselona”nın futbolçusu bir ildən sonra meydana çıxa bilər

“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal İspaniya La Liqasının “Valensiya” ilə matçında iştirak edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Barca Universal” məlumat yayıb.

18 yaşlı futbolçu qarşıdakı oyunda iştirak etmək üçün tibbi icazə almalıdır. O, 2024-cü ilin avqustundan bəri dizində ön çarpaz bağın qırılması səbəbindən meydanda olmayıb.

La Liqanın 4-cü turunun “Barselona” – “Valensiya” matçı sentyabrın 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button