
De Yonq “Nyukasl”la matçı buraxa bilər
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq UEFA Çempionlar Liqasının ilk turunda “Nyukasl”a qarşı keçiriləcək matçı buraxa bilər.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu milli komandada zədələnib. O, La Liqanın 14 sentyabrda baş tutacaq “Valensiya” ilə oyununda da iştirak etməyəcək.
28 yaşlı yarımmüdafiəçinin Çempionlar Liqasındakı matçda meydana çıxıb-çıxmaması bərpa prosesinin gedişindən asılı olacaq.
“Nyukasl” – “Barselona” qarşılaşması sentyabrın 18-də, İngiltərədə keçiriləcək.
De Yonq bu mövsüm Hans-Diter Flikin rəhbərliyi altında 2 oyunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



